Qulaq formasına görə seçilən xüsusi gün - səs-küydən uzaq olun

4-03-2020, 00:02           
Qulaq formasına görə seçilən xüsusi gün -
Hər il martın 3-ü qulaq və eşitmə sağlamlığının qorunması üçün Beynəlxalq Eşitmə Günü kimi qeyd edilir

Ümumdünya Səhiyyə Təşkilatı ictimai diqqəti eşitmə orqanlarının fəaliyyətindən əziyyət çəkənlərin probleminə yönəltmək üçün xüsusi bir gün təsis edib.

Hər il martın 3-ü qulaq və eşitmə sağlamlığının qorunması üçün Beynəlxalq Eşitmə Günü kimi qeyd edilir. Bu tarixin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən məhz ayın 3-ü seçilməsi isə simvolik məna daşıyır. Bunun səbəbi isə 3 rəqəminin yazılışının insan qulağının formasına bənzər olmasıdır.

Bu gün eşitmə qabiliyyətinin itirilməsi sensonevral əlillik hesab edilir. ÜST-ün məlumatına görə, dünyada karlıqdan və eşitmə pozulmasından əziyyət çəkənlərin sayı təxminən 365 milyondur.

ÜST bildirir ki, karlıq, eləcə də pis eşitmənin əsas səbəbi genetik faktor, qulağın xroniki infeksiyaları, bir sıra xəstəliklər - məxmərək, qızılca, yoluxucu parotit, meningitdir. Bundan başqa, bəzi dərman preparatlarının və ətraf mühitin zərərli amillərinin təsirinin də rolu qeyd olunur.

ÜST hər kəsi güclü səs-küydən uzaq olmağa və dövlətləri həmin problemin qarşısını almağa diqqət ayırmağa səsləyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.