Virus mənbəyi əlinizin altındadır – Mobil telefonları necə dezinfeksiya etməli?

4-03-2020, 02:50           
Virus mənbəyi əlinizin altındadır – Mobil telefonları necə dezinfeksiya etməli?
Bİz əlimizi spirtləyib, maska axtarışında olarkən, hər gün istifadə etdiyimiz sevimli əşyamız çox asanlıqla sanki bir canlı kimi nəinki koronavirusu, hətta müxtəlif qrip ştamlarını də özünə çəkə bilər.

Bu mobil telefon, smartfonlardır.

Teref.az Medicina.az-a istinadən xəbər verir ki, mütəxəssilər koronavirusun ən çox dəmir, pastik və kağız üzərində çox yaşadığını bildiriblər.

Bunu nəzərə alaraq telefonumuz potensial təhlükə mənbəyidir.

Ona görə hər gün telefonlarınızı dezinfeksiya etməlisiz. Yaxşı olar ki, telefonun arxasına kip yapışan qapaq taxıb, ekranına qoruyucu plyonka çəkib, hər gün onları dezinfeksiya edəsiz, lazım gələrsə çıxarıb atasız.

Telefonun səthi və kənarları hər gün axşam tibbi spirt, tibbi spirtli salfetlər (apteklərdə olur), spirt tərkibli istənilən antibakterial məhlul və ya dezinfeksiyaedici (uçucu tərkibli) vasitə ilə yaxşıca təmizlənməlidir.

Prosesi əlcək taxaraq edin.

Gün ərzində telefonu olduğunu yerlərdə müxtəlif səthlərə qoymayın. Ya cibinizdə, ya çantanızda saxlayın.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.