Dubay əmirinin arvadı pulları götürüb qaçmağının əsl səbəbini açıqladı

8-03-2020, 01:27           
Dubay əmirinin arvadı pulları götürüb qaçmağının əsl səbəbini açıqladı
Ərəb şahzadəsi Həyya uşaqlarını və pulları götürərək Dubay əmiri olan əri Şeyx Məhəmməd ibn Rəşid əl-Maktumdan qaçmağının əsas səbəbini açıqlayıb.
Gununsesiaz.info-nun məlumatına görə, bu barədə “Daily Mail” xəbər verib.
O, bildirib ki, əri 11 yaşlı qızları Cəliləni Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanla evləndirməyi planlaşdırıb.
Qeyd olunur ki, Məhəmməd ibn Rəşid qaçan arvadın dediklərini təkzib edib. Onun sözlərinə görə, övladlarından heç biri bu yaşda ailə qurmayıb və ya nişanlanmayıb:
“Heç bir məcburi nikah olmayıb”.
Qeyd edək ki, şahzadə Həyya, uşaqları və 40 milyon dollar pul ilə ərindən qaçıb. Qadının 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə Almaniyada gizləndiyi və orada sığınacaq istədiyi təxmin edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru