ABŞ-nin SSRİ-yə verdiyi qırıcı 80 ildən sonra tapıldı VİDEO
Bu gün, 15:57
İkinci Dünya müharibəsi dövrünə aid ABŞ ordusuna məxsus qırıcı təyyarə Rusiyanın Kamçatka diyarında yerləşən gölün dibindən quruya çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Regnum" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, söhbət "P-63 Kingcobra" qırıcısından gedir. Lend-liz proqramı çərçivəsində ABŞ həmin təyyarələri Sovet İttifaqına vermişdi. Qırıcı Vitaminnoye gölünün dibindən çıxarılıb.
Jurnalistlərin bildirdiklərinə görə, təyyarə 1945-ci ildə təlim uçuşu zamanı qəzaya uğrayıb. Onu sovet pilotu Zinəddin Mustafayev idarə edirdi.