Moskva Azərbaycanın sorğusuna əsasən terror ittihamlı şəxsi həbs edib

Bu gün, 12:21           
Moskva Azərbaycanın sorğusuna əsasən terror ittihamlı şəxsi həbs edib
Moskva məhkəməsi Azərbaycanın tələbi əsasında terrorçuluq işi üzrə təqsirləndirilən şəxsin həbsinə qərar verib.
Bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxs Azərbaycanda terrorçuluq məqsədilə təlim keçirmək, cinayətkar birlik yaratmaq və silahlı qruplaşmalar təşkil etməkdə ittiham olunur. Onun barəsində Azərbaycanda qiyabi həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarış elan edilib.

Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən hazırlanan sənədlər təcili rabitə kanalları vasitəsilə Rusiya tərəfinə təqdim olunub və həmin sənədlərdə şəxsin dərhal nəzarətə götürülməsi tələb olunub.

Həbs edilən şəxsin Rusiya vətəndaşlığı olmadığı, lakin vətəndaşlığının dəqiqləşdirildiyi bildirilir. Hazırda onun Azərbaycana ekstradisiyası məsələsinin hüquqi müstəvidə baxıldığı ehtimal olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru