Yasamaldakı 38 saylı məktəb müəllimlərə təmir etdirilir? VİDEO

Dünən, 12:18           
Yasamaldakı 38 saylı məktəb müəllimlərə təmir etdirilir? VİDEO
Sinif rəhbərlərinə sinif otaqlarını təmir etmək üçün məktəb rəhbərliyi tərəfindən tapşırıq verilib.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, bu iddianı sosial şəbəkə platformalarında paytaxtın Yasamal rayonundakı 38 saylı tam orta məktəbin müəllimləri səsləndirib.

Digər müəllimlər və sinif rəhbərləri də otaqları özləri könüllü təmir etdiklərini bildiriblər.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, yeni dərs ilinə hazırlıqla bağlı paytaxtda ehtiyac olan 100-ə yaxın ümumitəhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilib. Təhsil müəssisələrində aparılan təmir-bərpa işləri yeni dərs ili başlayanadək tam yekunlaşacaq.

Məktəb icmasının isə bu işlərə cəlb olunmasına ehtiyac yoxdur.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru