Başqırdıstanda futbolçulara daha çox qol vurmaq üçün "möcüzəvi içki" verilir VİDEO

Bu gün, 12:58           
Başqırdıstanda futbolçulara daha çox qol vurmaq üçün "möcüzəvi içki" verilir  VİDEOsiyanın Başqırdıstan Respublikasında "Ufa" futbol klubunun rəhbərliyi oyunçulara kumıs (maya südündən hazırlanmış fermentləşdirilmiş süd içkisi - laktik turşu və spirtli fermentasiya nəticəsində əldə edilir - red.) verməyə başlayıb.

Bu barədə "Mash Batash" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, uzun müddət qol vura bilməyən hücumçu Uilyams Çimeze kumıs içdikdən sonra oyunlarda fərqlənməyə başlayıb. Bundan sonra komanda daxilində bu içkinin "möcüzəli təsirə" malik olduğu fikri formalaşıb.

"Digər oyunçular da kumısın nələrə qadir olduğunu gördülər. İndi bütün komanda olaraq bunu içirik. Çimezenin qolundan sonra futbolçular matçlardan əvvəl aktiv şəkildə kumıs qəbul etməyə başladılar. İnanırıq ki, nəticə verəcək", - deyə klubun baş direktoru Marat Şmakov bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru