Bazar və marketlərdə hansı məhsulun nə qədər bahalandığı açıqlandı - SİYAHI

17-03-2020, 15:01           
Bazar və marketlərdə hansı məhsulun nə qədər bahalandığı açıqlandı - SİYAHI
Bu ilin yanvar-fevral aylarında istehlak qiymətləri 2019-cu ilin yanvar-fevral aylarına nisbətən 2,8% artıb.
Teref.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qiymət artımı ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,9%, qeyri-ərzaq məhsulları üzrə 1,1%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1,4% təşkil edib.
2020-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti yanvar ayına nisbətən 1,6% artıb. Fevral ayında yanvar ayına nisbətdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymət dəyişməsi belə olub:
Çörək, çörək məmulatları və yarmalar – 0,4% artıb
Ət və ət məhsulları – 0,2% artıb
Balıq və balıq məhsulları – 0,6% artıb
Süd və süd məhsullar, yumurta – 0,3% artıb
Kərə və bitki yağları – dəyişməyib
Meyvələr – 4,6% artıb
Tərəvəzlər – 3,3% artıb
Qənd, cem, bal, şokalad və konfetlər – 0,1% ucuzlaşıb
Çay, qəhvə, kakao – 0,2% artıb
Spirtli içkilər – 1,8% artıb
Tütün məmulatları – 14,2% artıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru