Koronavirus epidemiyası iki il tüğyan edə bilər - Kox institutu proqnoz edir

18-03-2020, 02:56           
Koronavirus epidemiyası iki il tüğyan edə bilər - Kox institutu proqnoz edir
Almaniyalı virusoloqlar COVİD-19 virusunun yayılmasının dünya ölkələri üzrə nə qədər davam edə biəcəyini proqnozlaşdırıblar. Qiymətləndirməni Almaniyanın Kox institutunun mütəxəssisləri aparıblar («Röyter»).

Elm müəssisəsinin direktoru Lotar Viler hesab edir ki, pandemiya iki ildən sonra dayanacaq. Həm də belə senari virusa qarşı vaksinin tapılması ilə mümkün ola bilər.

Mütəxəssisin fikrincə, təbabət son nəticədə ölüm göstəricisinin necə olacağını söyləməyə çətiinlik çəkir. Hələlik bu virus yoluxanların 3 faizinin həyatına son qoyub.

Viler əlavə edib ki, «Yer kürəsi əhalisinin 60-70 faizi yoluxan zaman» xəstəlik səngiməyə doğru gedəcək və insanlar immunitet qazanacaqlar. Belə ki, alimin sözlərinə görə, Almaniyada milyonlarla insan koronavirus daşıyıcısı ola bilər.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru