Avropalı həkimlərin korona ilə bağlı başlıca səhvi...

18-03-2020, 08:21           
Avropalı həkimlərin korona ilə bağlı başlıca səhvi...
Avropalı səhiyyə işçilərinin başlıca səhvi koronavirusa qarşı yetərincə qorunmamalarıdır.

Axar.az xəbər verir ki, bu sözləri Pekin Birləşmiş Tibb Kolleci Xəstəxanasının professoru Vu Donq deyib.

“Avropalı həmkarlarımız gündəlik fəaliyyətləri nəticəsində bu xəstəliyə yoluxur. Bu, Uhanda baş verənlərə çox bənzəyir. Səhiyyə işçilərini qorumalıyıq”, - Donq bildirib.

Çinli həkim bir çox ölkədə səhiyyə işçiləri arasında KOVİD-19-a yoluxanların kəskin şəkildə artdığını qeyd edib:

"Uhanda həkim və tibb bacılarının yetərincə qorunmaması səbəbindən onlarla səhiyyə işçisi virusa yoluxdu, sonradan 46-ı öldü".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru