İsrail-Azərbaycan əməkdaşlığı – Qlobal tibbi savaşa qarşı ən optimal vaksinasiya

19-03-2020, 00:00           
İsrail-Azərbaycan əməkdaşlığı – Qlobal tibbi savaşa qarşı ən optimal vaksinasiya
Dünyada sürətlə yayılan koronavirusun ABŞ tərəfindən hazırlanmış bio-silah olması ehtimalı getdikcə daha çox insan tərəfindən qəbul görməkdədir. Artıq bu ehtimal bir çox elm və dövlət xadimləri tərəfindən də dilə gətirilir. İran dili lideri ayətullah Seyid Əli Xamenei də buna inananlardandır. Dini lider bu yaxınlarda etdiyi çıxışında açıq şəkildə bu ehtimalı səsləndirmiş və xalqına səbr diləmişdi.

Onun fikrincə, bu bioloji silahın kəşfinin əsas məqsəd ABŞ-a rəqib olan qüvvələri, o cümlədən İranı sıradan çıxarmaqdadır. Koronavirusun İranla yanaşı ABŞ-ın əsas iqtisadi rəqibi Çindən başlaması və bu ölkənin iqtisadiyyatını tar-mar etməsi, artıq Rusiyadan da təhlükə siqnallarının gəlməsi də sözügedən ehtimalı qüvvətləndirir. Koronavirusub İtaliyadan Avropaya yayılması yönündə məlumatlar da super güc olma yolunda əzmlə irəliləyən digər rəqibin sıradan çıxarılması versiyasını ağla gətirir. Belə çıxır ki, koronavirus ABŞ hegemoniyasına qarşı çıxan qüvvələri zəiflətmək üçün ixtira edilib.

Sözsüz ki, koronavirus həqiqətən bio-silahdırsa, deməli panzəhrinin (vaksin) də ixtiraçı qüvvələr tərəfindən bilindiyi və öz əhalisinə tətbiq ediləcəyi versiyası da güncəllik qazanır. Belə vəziyyətdə istər-istəməz dünyanın üz-üzə qaldığı bioloji fəlakətdən daha az təsirlənərək qurtulmağın mümkün yollarından biri kimi ixtiraçı qüvvələrlə bilgi alış-verişi içərisində olmaq və onlardan müəyyən tibbi avadanlıqların alınması ola bilər.
Nəzərə alsaq ki ABŞ həm də “dərin İsrail” deməkdir, son zamanlar Azərbaycan hökumətinin Təl-əvivlə münasibətlərini inkişaf etdirməyə çalışmasının digər səbəbi də ortaya çıxır. Maraqlıdır ki, Azərbaycanın bu özünümüdafiə tədbirləri Təl-əviv tərəfindən də təqdirlə qarşılanır. Yəhudi dərin dövləti bu yaxınlaşmaya İsraillə müsəlman dünyası arasındakı izoliyasiyadan çıxışın ən optimal nümunəsi kimi baxır. Dünya hegemoniyasında təsirli güclərdən olan ABŞ-dakı yəhudi lobbisinə yaxınlığı ilə seçilən mətbu orqanlarda dərc olunan yazılarda da bu xüsus özəlliklə qeyd olunur.

Həmin yazılardan birini dəyərli Ovqat.com oxucularına təqdim edirik:

“Martın 9-dan İsraildə də bütün ölkə boyu 14 günlük karantin elan edilib. Əslində, İsrail müharibələr üzündən qonşularından onsuz da təcrid olunmuş vəziyyətdədir. Güman ki, bu tədbirlər yaxın gələcəkdə ölkə iqtisadiyyatına da böyük zərbə vuracaq. Bütün bunların fonunda İsrailin qeyri-ənənəvi, lakin vacib müttəfiqi koronovirusla mübarizədə onun əsas, strateji tərəfdaşına çevrilə bilər...”

Ovqat.com xəbər verir ki, Nyu-yorkda yayımlanan “The Jewish Voice” (Yəhudilərin səsi”) qəzetində dərc olunan “Koronovirusla mübarizə İsrail-Azərbaycan əlaqələrində yeni mərhələ ola bilərmi?” sərlöhhəli yazıda belə deyilir.

Müəllif Mayan Hoffman bu sözləri qeyd edərkən Azərbaycanı nəzərdə tutduğunu bildirərək fikrini belə davam etdirir: “Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan bu günlərdə Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin konfransında nazir səviyyəsində təmsil olunmuşdu və bu addımla tarixə düşmüşdür.

“Azərbaycanın İsraillə əlaqələri neft alqı-satqısı ilə məhdudlaşmır. Biz müdafiə sahəsində, həmçinin texnologiyalar sahəsində əməkdaşlığımızı genişləndirməkdə maraqlıyıq”, - deyə Azərbaycanın maliyə naziri Samir Şərifov həmin konfransda bildirmişdi.

Şərifov toplantıda Azərbaycanın birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın tədbir iştirakçılarına məktubunu da oxumuşdu: “Əslən yəhudi olan, bu gün ABŞ və İsraildə yaşayan keçmiş həmvətənlərimizin Azərbaycanla sıx münasibətləri qoruyub-saxlaması, bu ölkələrlə əlaqələrimizin güclənməsinə töhfə verməsi sevindirici haldır. Onlara minnətdarıq”.

Bu gün insanlar, ölkələr arasında fərq qoymadan yayılan, bütün sərhədləri aşan koronovirus ümumi təhlükədir. Odur ki, indi, belə əlaqələrə daha çox ehtiyac duyulur.

Yeri gəlmişkən, İsrailin baş naziri Benyamin Netanyahu ölkədə karantin elan edilən gün İtaliya daxil olmaqla, Avropadakı bir neçə müttəfiq ölkəyə koronovirusla mübarizədə texnoloji və tibbi resusrları birləşdirməklə bağlı müraciət ünvanlamışdı.

Azərbaycan dövləti də ölkə vətəndaşlarını bu virusdan qorumaq məqsədilə ciddi qərarlar verir. Məsələn, fevralın sonundan ölkənin İranla sərhədi bağlanıb. Məsələ ondadır ki, İran koronovirusun ən çox yayıldığı, ən çox ölümün olduğu ölkələrdəndir. Azərbaycanda isə koronovirusa yoluxma halları çox deyil. Üstəlik, oradakı yoluxmuş insanların əksəriyyəti İranda xəstələnmiş şəxslərdir. Hər halda, Bakıda əmindirlər ki, virusun yayılmasının qarşısını almaq üçün lazımi addımlar atılmalıdır.

Ümudünya Səhiyyə Təşkilatının ekspertlərinin yaxin günlərdə Azərbaycana səfəri gözlənilir. Onlar ölkənin koronovirusla mübarizəyə necə hazırlaşdığını öyrənəcək. Təşkilatın ekspertləri bu məqsədlə digər ölkələrə də səfərlər edir.

Azərbaycan əhalisinin sayı İsrail əhalisinin sayından bir qədər çox – 10 milyon nəfərdir. Martın 12-dək orada 9 nəfərin koronovirusa yoluxduğu, bir nəfərin bu xəstəlikdən vəfat etdiyi məlumdur. Martın 5-dək ölkədə artıq 500 insan karantində idi. İsraildə isə martın 12-nə qədər 126 nəfər bu virusa yoluxmuşdu.

Azərbaycanın İranla həmsərhəd olduğunu nəzərə alsaq, bu ölkədə koronovirusa yoluxma hallarının aşağı olduğunu söyləyə bilərik. Onun cənub qonşusunda 11 min 300 nəfər virusa yoluxub, 500-dən çox insan həyatını itirib.

Azərbaycanda bütün ölkə boyu karantin mərkəzləri yaradılıb. Nəticədə o, xüsusilə İranla sərhəd regionlarda koronovirusun yayılmasına cəld reaksiya verə bilib. Bakı koronovirusun müalicəsi və profilaktik tədbirlər üçün tibbi texnologiylar da alıb.

Bəs koronovirusla mübarizə İsrail-Azərbaycan əlaqələrində yeni mərhələ ola bilərmi? Hər halda, hər iki ölkə xalqın təhlükəsizliyinin təmini məqsədilə eyni bənzər addımlar atır.

Yeri gəlmişkən, Azərbaycan-İsrail əməkdaşlığı müsəlmanlarla yəhudilər arasında mehriban əlaqələrə nümunə kimi məşhurdur. Bu mənada onlar pioner sayılır. Hazırda iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün kifayət qədər ciddi təməl var.

Bu arada, İsrailin Azərbaycandakı səfiri Con Dik ölkə mətbuatına ilk müsahibəsində deyib ki, iki ölkə arasında əlaqələrdə təkcə enerji və kənd təsərrüfatı deyil, yüksək texnologiyalar sahəsi də mühüm əhəmiyyət kəsb edir: “İsrail startaplar ölkəsidir. Ölkəmiz adambaşına düşən startap şirkətinin sayına görə dünyada ilk yerdədir. Başqa sözlə, texnologiyalar və innovasiyalar, həmçinin startaplara görə biz “Silikon vadisi”ndən sonra dünyanın ikinci böyük mərkəziyik. Azərbaycan da innovasiyalar sahəsinə böyük həcmdə investisiya qoyur. Ölkədə İnnovasiyalar Agentliyi açılıb. Fikrimcə, İsrail bu sahədə təbii tərəfdaşdır. Əgər İsrail innovasiyalarını Azərbaycanın müxtəlif sahələrdəki potensialı ilə birləşdirsək, çox şeyə nail ola bilərik”.

Hər halda, dünyanın pandemiya təhlükəsi ilə üzləşdiyi dövrdə beynəlxalq əməkdaşlıq və innovasiyalar sahəsi mühüm əhəmiyyət kəsb edir. Bu gün həm İsrail, həm də Azərbaycan vətəndaşlarını koronovirus təhlükəsində qorumaq üçün lazımi addımları atır. Odur ki, onların bu böhranla mübarizədə bir-birinə ehtiyacı ola bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.