Alimlərin son araşdırması: virus günlərlə sağ qala bilir...

19-03-2020, 08:50           
Alimlərin son araşdırması: virus günlərlə sağ qala bilir...
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronavirus havada saatlarla və bəzi əşyalarda isə günlərlə yaşaya bilir.

Axar.az “Röyter”ə istinadla xəbər verir ki, ABŞ Milli Sağlamlıq İnstitutunun Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun alimləri virusa yoluxmuş bir insandan götürülən virusun bir nümunəsini ev və xəstəxana şəraitində test etməyə cəhd ediblər. Test zamanı öskürək və ya asqıraqla meydana gələn mikroskopik damlaların eynisi olan bir aerozoldan istifadə edilib. Testlər göstərib ki, virus kiminsə öskürəyi və ya asqırağı zamanı buraxılan damlalar vasitəsilə yayıldıqda ən azı üç saat canlı qalır, aerozollarla insanlara yoluxa bilir.

Plastik və paslanmayan polad səthlər üzərində virus üç gündən sonra belə müşahidə edilə bilər. Karton səthlərdə virusun ömrü 24 saata yaxın olur. Mis üzərində virusun təsirsiz hala gəlməsi 4 saat çəkir.

Paslanmayan poladda virus hissəciklərinin yarısının məhv olması üçün 5 saat 38 dəqiqə lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.