ABŞ-da bir gündə koronavirusdan rekord sayda ölüm qeydə alınıb - YENİLƏNİB

3-04-2020, 07:14           
ABŞ-da bir gündə koronavirusdan rekord sayda ölüm qeydə alınıb - YENİLƏNİB
ABŞ-da koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 5926 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə federal və ştat rəsmilərinin məlumatları əsasında hesabat aparan Cons Hopkins Universitetinin məlumatında qeyd olunub.

“France Presse” agentliyi bildirir ki, belə olan halda, ABŞ-da son 24 saatda 1169 nəfər koronavirusdan ölüb. Bu, bir ölkədə sutka ərzində qeydə alınmış ən böyük ölüm sayıdır. Bundan əvvəlki “rekord” İtaliyaya məxsus olub, martın 27-də burada 969 nəfər ölmüşdü.

***

Saat 21:41

ABŞ-da COVID-19 infeksiyasından ölənlərin sayı 5316 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin son açıqlamasında qeyd olunub.

Bildirilir ki, hazırda ölkədə virusa yoluxanların sayı 226 min nəfərdir. 8826 nəfər isə sağalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru