Hökumət: Tibbi maska qıtlığı var

4-04-2020, 00:03           
Hökumət: Tibbi maska qıtlığı var
“Tibbi maskalarla bağlı qıtlıq var. Təbii ki, maska yoxdur demək də doğru deyil. Amma qıtlıq var”.

Teref.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-nin efirində deyib.

“Ola bilər ki, insanlar maska axtarırlar, amma tapa bilmirlər – bu da bir faktdır. Sadəcə olaraq, maska qıtlığı bütün dünyada belədir.

İqtisadiyyatın bir qanunu var: hər hansı bir əmtəəyə tələbat gözlənilmədən yüz və minlərlə dəfə artırsa, həmin məhsulun tapılmasında qıtlıq müşahidə olunur. Ona görə də koronavirus gözlənilmədən və planlaşdırılmayan bir bəladır. Bəla da heç vaxt xəbərdarlıq edib, qapını döyərək gəlmir”, - deyə İ.Məmmədov vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru