Koronavirus hava ilə də yoluxdurur

4-04-2020, 12:01           
Koronavirus hava ilə də yoluxdurur
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə təcili yardım proqramının direktoru Maykl Rayan hava yolu ilə koronavirusun yoluxma ehtimalı barədə danışıb.

“RİA Novosti” xəbər verir ki, Rayan virusun hava ilə ötürülə biləcəyini istisna etməyib.

Onun sözlərinə görə, Sinqapur alimləri infeksiya hallarının təxminən altı faizinin virusun simptomsuz daşıyıcılarından qaynaqlandığı qənaətinə gəliblər.

Rayan deyib ki, ancaq bu vəziyyətdə hələ də pandemiyanın hərəkətverici qüvvəsinin asqırmaq, öskürmək və ya yoluxmuş səthlər olduğuna inanırıq.

ÜST nümayəndəsi, eyni zamanda təşkilatın mütəxəssislər qrupunun sağlam insanların qoruyucu maskalardan istifadə etməsinin effektivliyini qiymətləndirmək üçün bütün mümkün materialları öyrəndiyini də bildirib.

“Bununla yanaşı, həkimlər və tibb işçiləri üçün cərrahi və xüsusi tibbi maskaların istifadəsi prioritet olaraq qalır”, - deyə əlavə edib.Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru