Qalaktikanın mərkəzində 25 il “yatmış” qara dəlik oyandı

6-04-2020, 09:10           
Qalaktikanın mərkəzində 25 il “yatmış” qara dəlik oyandı
Spektr RG Rəsədxanasından olan Rusiya astrofizikləri Kosmik Tədqiqat İnstitutu (IKI) RAS-a görə, dörddə bir əsr boyunca qalaktikanın mərkəzində "səssiz" qalmış

qara dəliyin oyanışını müşahidə ediblər.


Qaynarinfo xəbər verir ki, parlaq mənbə teleskop tərəfindən aprelin 1-də qeydə alınıb.

Mənbənin Uhuru Kosmos Rəsədxanası tərəfindən kəşf edilən 4U 1755-338 qara dəlik olduğu üzə çıxıb. 1996-cı ildə "sükuta qərq olmuş” bu qara dəlik indi yenidən aktivlik nümayiş etdirməyə başlayıb. Elm adamları hesab edir ki, yaxınlığında ulduz olan cism qara dəliyə doğru meyillənməyə başlayıb.

Roskosmosdan bildirilib ki, qara dəliyin oyanması adi bir ulduzdan cisimləri yenidən cəzb etməsinin başlaması ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru