İki ssenari var -Yaranmış durum şok effekti yaradacaq
7-04-2020, 01:50
McKinsey konsaltinq şirkəti qlobal iqtisadiyyatın perspektivi ilə bağlı 2 ssenari üçün proqnoz hazırlayıb.
Optimist ssenaridə iqtisadiyyatın çöküşü maksimum 1 rüb davam edir və 2020-ci ilin 2-cü rübün sonundan gec olmayaraq pandemiya üzərində qələbə nəticəsində payıza doğru dünya iqtisadiyyatı özünə gəlməyə başlayır. Bu ssenariyə görə ən az itki ilə Çin, ən böyük itkilə Avrpopa üzləşir, ABŞ da hiss olunacaq səviyyədə hiss edir böhranı. Qlobal iqtisadiyyat 2020-də cəmi 1.4% kiçilir.
Bədbin proqnozla görə, qeyd olunan vaxtda pandemiyanı cilovlamaq mümkün olmur, daha çox insan virusa yoluxur. Bu halda Çinin 2021-ci ilin ortalarından, ABŞ və Avropanın isə 2023-cü ildən tez özünə gəlməsi mümkün olmayacaq. Belə ssenaridə hökumətlərin dəstək paketinin effektivliyi önəmli olacaq. Əgər səmərəli nəticə olmasa, çoxsaylı banklar və şirkətlər müflisləşmədən yaxa qurtara bilməyəcək. Hesabat müəllifləri hesab edir ki, davamlı böhranlarla üzləşən inkişaf etməkdə olan ölkələrin əhalisi pis ssenarinin nəticələrini daha asan qarşılayacaq.
Yüksək həyat standartlarına uyğunlaşmış qabaqcıl ölkələrin əhalisi üçün yaranmış durum şok effekti yaradacaq - 2-ci dünya savaşından bəri görmədikləri bir durum.