Koronavirusun olmadığı tarixi qəsəbə: İnsanlar orda yaşamağa can atır

7-04-2020, 08:17           
Koronavirusun olmadığı tarixi qəsəbə: İnsanlar orda yaşamağa can atır
Koronavirusun tüğyan etdiyi İspaniyanın yalnız 1 qəsəbəsində “Covid-19”a rast gəlinməyib.

Publika.az xəbər verir ki, bu Sevilya şəhəri yaxınlığında yerləşən Zahara qəsəbəsidir. Sakinlər bu hadisəni möcüzə kimi qəbul etsə də, əslində bunun səbəbi sadədir. Məlumata görə, koronavirus İspaniyada yayılmağa başlayan ilk günlərdə yerli bələdiyyə məsələyə həssas yanaşaraq, qəsəbədə karantin elan edib. Tarixi əraziyə turistlərin girişi qadağan edilib.

Qəsəbəyə daxil 5 yoldan 4-ü bağlanıb. Digər yol vasitəsiylə daxil olan bütün nəqliyyat vasitələri xüsusi dərman və yuyucu vasitələrlə yuyulur. Bundan əlavə hər 3 gündən bir qəsəbənin küçələri dezinfeksiya edilir. Sakinlərin evlərini tərk etməməsi üçün onların bütün tələbatları ödənilir. Qəsəbədə 1400 nəfərin yaşadığı bildirilir.

Yerli bələdiyyənin məlumatına görə, koronavirus olmadığı üçün çox sayda insan qəsəbədə yaşamaq üçün müraciət edib. Lakin bu müraciətlər virusun yayılmasına şərait yarada biləcəyinə görə qəbul edilməyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru