ÜST-dən korona peyvəndi ilə bağlı SƏRT REAKSİYA: dəhşətə gəldik, qorxunc, utancverici...

7-04-2020, 10:23           
ÜST-dən korona peyvəndi ilə bağlı SƏRT REAKSİYA:
“Afrika hər hansı peyvənd üçün test məkanı ola bilməz və olmayacaq”.

Publika.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus deyib.

O, İsveçrənin Cenevrə şəhərində keçirilən videokonfrans vasitəsilə COVID 19 peyvəndinin Afrikada sınaqdan keçirilməsini istəyən fransız həkimləri sərt tənqid edib: “Düzünü desəm, dəhşətə gəldim. Həmrəyliyə ən çox ehtiyacımız olduğu bir zamanda bu cür “irqçi deyimlər” həmrəylik düşmənliyidir. Fransız həkimlərin açıqlamaları utancverici və qorxuncdur. ÜST buna heç vaxt icazə verməyəcək”.

Baş direktor bildirib ki, koronavirusla bağlı ilk məlumatı açıqlayandan 100 gündən az müddət keçməsinə rəğmən, peyvənd araşdırmaları inanılmaz sürətlə irəliləyib.

Qebreyesus qeyd edib ki, peyvənd üzərində 20 institut və şirkət çalışır. ÜST peyvəndlər hazır olduqdan sonra onların bütün ölkələr üzrə bərabər paylanmasını təmin edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru