Amerikalı alim koronavirusu kəşf edib, Çinə satdı?

8-04-2020, 17:36           
Amerikalı alim koronavirusu kəşf edib,
Çindən dünyaya yayılan və qısa müddət ərzində bütün dünyada təsirli olan koronavirus epidemiyasında yeni bir iddia ortaya çıxıb.

Cebhe.info xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi, Harvard Universiteti, Kimya və Kimya Biologiyasının rəhbəri Dr. Çarlz Liberin koronavirusu laboratoriya şəraitində istehsal edib, Çinə satdığına görə həbs olunduğu iddialarını rədd edib.

Belə ki, Liberin həbsinin virusla əlaqəli olmadığı və akademik cinayət törətdiyi və Çindən maliyyələşdirilməsi ilə bağlı “saxta açıqlamalar” verdiyinə görə yanvarın 28-də həbs olunduğu açıqlanıb.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkədə yayılan bu iddiaya görə, Çarlz Liber virusu ABŞ-da istehsal edərək Çindəki Uhan Texnik Universitetinə satması barədə məlumatlar ortaya çıxmışdı.

Söz mövzusu olan iddia, 7 apreldə sosial şəbəkə hesablarından müxtəlif dillərdə 79 mindən çox dildə paylaşılıb. Sonradan 60 yaşlı Liberin həbs olunduğu öyrənilib.

ABŞ, mövzu ilə əlaqədar açıqlama verərək, sosial şəbəkədə paylaşılan iddiaları təkzib edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru