Ermənilər azərbaycanlıların yarasına necə “duz səpdi”? – “Daily Times” şərh edir
9-04-2020, 14:20
“Ermənistan martın 31-də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə, həmçinin regional və qlobal razılaşmalara zidd olaraq, Azərbaycanın işğal altındakı ərazisində, yəni Dağlıq Qarabağ regionunda “prezident və parlament seçkiləri” keçirib. Üstəlik, Yerevan 31 mart tarixini təsadüfən seçməyib. 1918-ci il martın 31-də ermənilər Quba rayonu daxil olmaqla, Azərbaycanın müxtəlif bölgələrində azərbaycanlılara qarşı soyqırım törədib. Həmin gün bütün dünyada yaşayan azərbaycanlılar bu soyqırımı yad edir”.
Ovqat.com xəbər verir ki, Pakistanın dünyaca məşhur “Daily Times” qəzetinin 7 aprel 2020-ci il tarixli buraxılışında dərc olunan “Ermənistanın təcavüzkar siyasəti və Dağlıq Qarabağda keçirilmiş “seçki”” sərlövhəli məqaləsində belə deyilir.
Mühəmməd Asif Nur adlı müəllifin qələmə aldığı məqalədə bildirilir:
“Ermənistan rəhbərliyi Azərbaycanın işğal altındakı ərazisində “prezident və parlament seçkiləri”ni 31 mart tarixində keçirməklə, azərbaycanlıların yarasına “duz səpmək” istəyib. Xatırladaq ki, Quba rayonunda həmin hadisələrə aid kütləvi məzarlıq 2007-ci aşkar edilib. 2013-cü ildə isə orada Quba Soyqırımı Memorial Kompleksi ucaldılıb.
Qondarma “respublika”da keçirilmiş “seçkilər”ə gəlincə, o, regional təşkilatlar da daxil olmaqla, bütün beynəlxaq birlik tərəfindən pislənib. Bu saxta “seçkilər”i hər kəs həm regional sülhə və sabitliyə, həm də Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına təhdid sayır.
Bundan başqa, Ermənistan və onun Dağlıq Qarabağdakı marionet rejimi saxta “seçkilər”i bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı dövrdə keçirib. Odur ki, onlar günahsız insanların həyatını təhlükəyə altıqları üçün də qınanmalıdırlar. Üstəlik, bu “seçkilər” 1990-cı illərin əvvəllərindən savaşmaqda olan Cənubi Qafqaz ölkələri – Ermənistanla Azərbaycan arasındakı gərginliyi daha da artırıb.
Yeri gəlmişkən, Ermənistanın Dağlıq Qarabağda “seçkilər”in keçiriləcəyini elan etməsindən sonra Azərbaycan Xarici İşlər Nazirliyi sərt bəyanatla çıxış etmişdi. Nazirlik saxta “seçkilər”in təşkilini qınamış, onun Azərbaycan Konstitusiyasına, BMT Nizamnaməsinə, həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə zidd olduğunu bəyan etmişdi.
ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı səylərini dəstəkləyən Avropa İttifaqı Azərbaycanın işğal altındakı ərazilərində keçirilmiş “seçkilər”i tanımadığını bəyan edib. Onu İslam Əməkdaşlıq Təşkilatı da qınayıb və erməni tərəfinin bu əməlinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu bildirib. “Seçkilər”i qınayanlar arasında NATO, GUAM, Türk Şurası, ATƏT-in Minsk qrupu, o cümlədən bir çox dövlətlər də var. Onlar Yerevanı münaqişəni gərginləşdirə biləcək addımlar atmamağa çağırıb.
Bütün bunların fonunda, Ermənistan belə “seçkilər”lə Azərbaycan ərazilərinin işğalını legitimləşdirəcəyini düşünürsə, yanılır. Bu, mümkün olmayacaq. Əslində, bu saxta “seçkilər” Ermənistan dövlətinin iç üzünü növbəti dəfə ortaya qoyub. Bu, Dağlıq Qarabağ regionunda yaşamış və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların hüquqlarının növbəti dəfə pozulması deməkdir. Xatırladaq ki, Ermənistanın işğalı nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Dağlıq Qarabağ münaqişəsi Sovet İttifaqının dağılmasından, “soyuq müharibə”nin bitməsindən sonra imperiyadan Qafqaz regionuna qalmış “miras”dır. Bu iki Cənubi Qafqaz ölkəsi arasında genişmiqyaslı müharibə 1990-cı illərin əvvəllərində başlayıb və nəticədə Ermənistan Azərbaycan ərazisinin 20%-ni işğal edib. Ermənistan Azərbaycan ərazisinə iddialarını 1988-ci ildən ortaya qoymağa başlayıb. Müharibə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonu işğal olunub. Beləliklə, Azərbaycan ərazisinin 20%-i bu gün də işal altındadır.
Bu qanlı müharibə zamanı Ermənistan minlərlə günahsız azərbaycanlını qətlə yetirib, Xocalıda isə sözün əsl mənasında soyqırım törədib.
Həmin illərdə beynəlxalq ictimaiyyət və regional dövlətlər bölgədə sakitliyin yaranması üçün səylər göstərirdi. Nəticədə Ermənistanla Azərbaycan arasında Rusiyanın dəstəyi ilə 1994-cü ildə atəşkəs müqaviləsi imzalanıb. Amma bu kövrək atəşkəs müqaviləsinin imzalanmasına belə, uzun-uzadı danışıqlardan sonra nail olunub.
Ermənistan Dağlıq Qarabağ regionunu qeyri-qanuni olaraq işğal atında saxladığından, Türkiyə ilə Pakistan onu legitim dövlət kimi tanımır.
Bu arada, tərəflər illər öncə atəşkəs müqaviləsi imzalasa da, təmas xəttində və sərhədyanı ərazilərdə mütəmadi olaraq atışmalar baş verir. Başqa sözlə, atışma Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşmış bədbəxt ermənilər və Azərbaycanın sərhədyanı bölgələrində yaşayan vətəndaşları üçün adi hala çevrilib.
Beləliklə, Ermənistan BMT Təhlükəsizlik Şurasıının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməyə məhəl qoymur. Həmin qətnamələrdə Ermənistandan hərbi birləşmələrinin işğal altındakı ərazilərdən çıxarılması tələb olunur. Eyni tələblər bir sıra digər regional və beynəlxalq təşkilatın qətnamələrində də yer alır. Dünya birliyi tərəfləri münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə çağırır. Lakin Yerevan bütün bu tələblərə əhəmiyyət vermir.
Bu gün isə o, Dağlıq Qarabağda yaşayan ermənilər koronavirus pandemiyasından qorumaq əvəzinə, regionda saxta “seçkilər” təşkil etməklə, virusun yayılmasına şərait yaradır, bölgə əhalisinin sağlamlığını təhlükəyə atır. Yeri gəlmişkən, Ermənistan hərbi sahəyə səhiyyədən xeyli artıq vəsait ayırır.
Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyi ABŞ, Rusiya və Fransanın həmsədri olduğu ATƏT-in Minsk qrupu edir. Regional sülh prosesində mühüm rol oynayan bu qurum Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır. Qurum sözügedən “seçkilər”i də tanımadığını bəyan edib. ATƏT-in Minsk qrupu həmsədrlərinin bununla bağlı birgə bəyanatında deyilir ki, “bu “seçkilər”in nəticələri Dağlıq Qarabağın hüquqi statusuna hər hansı təsir göstərə bilməz. Həmsədrlər nəticələrin heç bir halda Dağlıq Qarabağın son statusuna və ya davam edən danışıqların nəticəsinə, münaqişənin davamlı və dinc yolla həllinə təsir göstərməyəcəyini bəyan edirlər”.
Odur ki, saxta “seçkilər” sülh danışıqlarına təhdiddən başqa bir şey deyil. O, ATƏT-in Minsk qrupunun səylərinə də zərbə ola bilər.
Təcavüzkar ölkə hər zaman tələsik addımlar atır. O, bununla ən yüksək nəticəyə nail olmağa çalışsa da, belə saxta “seçkilər”lə həqiqəti dəyişdirmək mümkün deyil: Dağlıq Qarabağın əsl və qanuni sahibi Azərbaycandır! Dağlıq Qarabağda yaşamış günahsız azərbaycanlılara qarşı soyqırım törətmiş Ermənistan isə koronavirus pandemiyasının yayıldığı dövrdə saxta “seçkilər” təşkil etməklə, bu gün regionda yaşayan ermənilərin belə, sağlamlığına təhlükə yaradır.
Hər halda, haqlı olaraq, heç bir dövlət bu saxta “seçkilər”i tanımır. Ermənilər isə belə əməllərinə görə, rişxənd dolu “alqışlar”dan başqa, heç nə qazanmır.
Muhamməd Asif Nur,
Daily Times, Pakistan“Ermənistan martın 31-də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə, həmçinin regional və qlobal razılaşmalara zidd olaraq, Azərbaycanın işğal altındakı ərazisində, yəni Dağlıq Qarabağ regionunda “prezident və parlament seçkiləri” keçirib. Üstəlik, Yerevan 31 mart tarixini təsadüfən seçməyib. 1918-ci il martın 31-də ermənilər Quba rayonu daxil olmaqla, Azərbaycanın müxtəlif bölgələrində azərbaycanlılara qarşı soyqırım törədib. Həmin gün bütün dünyada yaşayan azərbaycanlılar bu soyqırımı yad edir”.

Daily Times, Pakistan“