Bu il ÜST-ə hansı dövlət nə qədər pul ianə edəcək? - SİYAHI

10-04-2020, 00:00           
Bu il ÜST-ə hansı dövlət nə qədər pul ianə edəcək? - SİYAHI
ABŞ-ın bu il Ümumdünya Səhiyyə Təşkilatını ayıracağı ianənin həcmi kəskin şəkildə azalacaq.
Yeniavaz.com xəbər verir ki, daha əvvəl ABŞ ÜST-ə 122,6 milyon dollar yardım etməyi nəzərdə tutsa da, bu məbləğ 57,9 milyon dollar səviyyəsinə endirilib.
Məlumat üçün bildirək ki, bu azalmaya baxmayaraq ABŞ yenə də ÜST-ə ən çox maliyyə yardımı edən ölkə olacaq.
Bu il ÜST-ə ümumilikdə 246,8 milyon dollar yardım ediləcəyi gözlənilir. Ən çox yardım edəcək ölkələr isə bunlardı:
ABŞ – 57,9 milyon dollar
Çin - 28,7 milyon dollar
Yaponiya – 20,5 milyon dollar
Almaniya – 14,6 milyon dollar
Böyük Britaniya – 10,9 milyon dollar
Fransa – 10,6 milyon dollar
İtaliya – 7,9 milyon dollar
Braziliya – 7,1 milyon dollar
Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını sərt tənqid edərək bildirib ki, biz keçən il ÜST-ə 452 milyon dollar pul vermişdik: “Çin isə sadəcə 42 milyon dollar verimşdi. Əvvəlki illərə baxdığımızda nəticələr yenə eynidir. ÜST-ün əsas qayəsi hər kəsə eyni münasibət göstərməkdir. Amma biz bunu görə bilmirik. Bu barədə araşdırma aparıb, mövzu ilə bağlı yeni qərarlar verəcəyik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru