Britaniyalı alimlər sentyabra qədər koronavirusa qarşı vaksin hazırlamağı planlaşdırırlar

11-04-2020, 08:48           
Britaniyalı alimlər sentyabra qədər koronavirusa qarşı vaksin hazırlamağı planlaşdırırlar
Oksford Universitetinin tədqiqatçıları sentyabr ayında koronavirusa qarşı vaksini təqdim etməyi planlaşdırırlar.

Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, bu barədə vaksinin axtarışı ilə məşğul olan komandanın rəhbəri, Universitetin professoru Sara Gilbert deyib.

S.Gilbert bildirib ki, o, nəticələrin payızın əvvəli təqdim ediləcəyindən 80 faiz əmindir.

Qeyd edək ki, mart ayında Oksford Universitetində vaksinin yalnız ilin sonuna hazır olacağını deyirdilər. Lakin hazırda alimlər vaksinin insanlar üzərində testlərinin yaxın iki həftədə başlayacağını təsdiq edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru