Çəyirtkə "işğalı": 20 dəfə artacaq - Qonşumuz təhlükədə

11-04-2020, 09:52           
Çəyirtkə "işğalı":
Koronavirus pandemiyasına baxmayaraq, Şərqi Afrika ölkələrində çəyirtkələrin sürətlə artımının qarşısının alınması ilə bağlı işlər davam etdirilir.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqlamasında deyilib.

Bildirilib ki, 10 ölkədə 240 min kv/metrlik əraziyə dərman səpilib və bununla bağlı 750 insan təlimatlandırılıb.

Xüsusilə, Keniya, Somali və Efiopiyada vəziyyətin daha acınacaqlı olduğu deyilib:

“Yoxlamalar sürətləndirilməsə, yağıntılı dönəmdə çəyirtkələr 20 dəfə artacaq və hazırda ərzaq çatışmazlığından əziyyət çəkən şərqi afrikalılar üçün vəziyyət daha da pisləşəcək”.

Açıqlamada Yəmən və İranın da bu təhlükə ilə qarşılaşacağı istisna edilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru