Koronavirusun 3 növü müəyyən edildi - Hansı ölkələrdə vəziyyət ağır olacaq?

11-04-2020, 11:51           
Koronavirusun 3 növü müəyyən edildi -
Böyük Britaniyanın Kembric Universitetinin alimlərinin tədqiqatları nəticəsində COVID-19-un üç növünün olduğu anlaşılıb.

Yenisabah.az xarici mətbuata istinadən bildirir ki, alimlərin fikrincə davamlı olaraq mutasiya keçirən virusun indiyə qədər - A, B, C növləri yaranıb.

Koronavirusun heyvanlardan insanlara ötürülən orijinal forması, yəni A tipi hazırda ABŞ və Avstraliyada yayılıb.

Mütəxəssislərin fikrincə, Çində epidemiyanın pik nöqtəyə çatdığı vaxt (Yanvar ayında) virusun B versiyası yayılmağa başlayıb. B tipi daha sonra Almaniya, Fransa, Belçika, Niderland və İsveçrədə yayılıb.

B növündən törəyən C tipi isə Sinqapurda peyda olub. C tip virus daha sonra Sinqapurdan bir sıra Avropa ölkəsinə yayılıb. Buna baxmayaraq, Avropada ən çox müşahidə edilən virus B tiplidir.

Alimlər virusun orijinal formasının daha az ölümcül olduğunu, hər yeni versiyada onun gücünün daha da artdığını vurğulayırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru