Koronavirusun yoluxan şəxsdən 4 metr uzağa yayıldığı üzə çıxdı

13-04-2020, 00:01           
Koronavirusun yoluxan şəxsdən 4 metr uzağa yayıldığı üzə çıxdı
Çinli alimlər COVİD-19 infeksiyasına yoluxan şəxsdən 4 metr məsafədə yayılmasını açıqlayıblar.

Teref.az bildirir ki, bu barədə “The Daily Mail” nəşri məlumat yayıb.

Alimlər damcı hissəciklərinin bir neçə saat havada qaldıqda virusun aerozol ötürülməsini araşdırıblar. Səthlərin və hava tərkibinin araşdırılması Uhan şəhərinin Huoşenşah Xəstəxanasında təcili yardım otağında və COVİD-19-a yoluxan xəstələrin müalicəsi üçün aparılıb.
Eyni zamanda koronavirus aerozol hissəciklərinin əksəriyyətinin xəstəxana palatalarının döşəmələrində yerləşdiyi də aşkar edilib. Onların yüksək konsentrasiyası çarpayıların, qapı tutacaqlarının və zibil qutularının səthlərində, habelə tibb işçilərinin ayaqqabılarının alt hissəsində aşkarlanıb.

Bildirilir ki, Huoşenşah Xəstəxanasındakı həkim və tibb bacılarının heç biri koronavirusa yoluxmayıb. Bu da alimlərin fikrincə, görülən tədbirlərin effektivliyini təsdiqləyir.

4metr məsafə, ümumiyyətlə, 1,5 metr olan sosial məsafənin normasından iki qat artıqdır. Ancaq bu günə qədər araşdırılan aerozol hissəciklərinin koronavirus ilə yoluxa biləcəyini təsdiqləyən heç bir məlumat yoxdur.

Çinli alimlər tərəfindən edilən başqa bir nəticə, ətraf mühitdə virusun çox olması və əksər vətəndaşlar üçün fərdi qoruyucu vasitələrdən istifadə edilməməsi səbəbiylə evdə koronavirus xəstələrini təcrid etmək strategiyasının təsirli sayıla bilməyəcəyi fikri idi. Alimlərin fikrincə, bu yanaşma yalnız qapalı məkanlarda yoluxma hallarının toplanmasına səbəb olur.

Ümumilikdə dünyada 1.7 milyondan çox yoluxma qeydə alınıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.