Dünyanı ölümə sürükləyən qan: Bir mağarada havaya püskürdülüb: Koronavirusla bağlı ŞOK SƏNƏDLƏR

13-04-2020, 10:07           
Dünyanı ölümə sürükləyən qan: Bir mağarada havaya püskürdülüb: Koronavirusla bağlı ŞOK SƏNƏDLƏR
Dünayda 110 minə yaxın insanın ölümünə səbəb olan koronavirusla bağlı ilginc iddialar səslənməkdədir.

Bu iddialar arasında virusun əslində beyin məhsulu olduğuna dair söyləntilər daha çoxdur. Bu məsələdə həm Çin, həm də ABŞ ittiham olunur. Tərəflərin gah bu, gah da digərini iitham edən fikirlər yayınlanır.

Cebhe.info xəbər verir ki, İngiltərədə nəşr olunan məşhur “Daily Mail" qəzetində bu barədə araşdırma materialı dərc edilib. Qəzetin yaydığı sənədlərə görə, Çinin Vuhan şəhərindəki Virusologiya İnstitutunda ABŞ Beynəlxalq Səhiyyə İnstitutu tərəfindən maliyyələşdirilən sınaqlar keçirilib. Hər şey də məhz bu sınaqlarla bağlı olub.

Dünya üzrə 1,7 milyon insanın yoluxduğu koronavirusun əsl mənbəyinin tapılması üçün bu sənədlərin mühüm əhəmiyyət kəsb etdiyi bildirilir.



Qəzetin yazdığına görə, pandemiyaya çevrilən virusun yaradıldığı yer laboratoriya ola bilər. İlk olaraq isə sınaqlar yarasalar üzərində aparılıb. Bu laboratoriyanın mətəxəssisləri Çinin Yunnan əyalətinin 1600 km məsafəsində yerləşən mağaralardakı yarasalar üzərində ilk sınaq keçirib.

Əsas şokedici sənəd isə ABŞ hökumətinin bu sınağa 3,7 milyon dollarlıq dəstəyi olub. COVİD-19 adlandırılan virusun əsas sirri də Yunnan mağaralarındakı yarasalarda gizlənir. Qeyd edək ki, virusun Çində Vuhan şəhərindəki canlı heyvan bazarından alınan yarasadan insana keçdiyi bildirilirdi. Hələlik doğrulanmayan məlumata görə, laboratoriyada işləyən mütəxəssislər sınaq əsnasında viruslu qanı havaya püskürdüb və beləliklə də özləri yoluxub. Daha sonra isə digər insanları yoluxdurublar.


İndi isə qəzet həmin mütəxəssislərin məhz ABŞ-ın ayırdığı maliyyə vəsaiti ilə sınaq keçirdiyini ortaya çıxarıb. Araşdırmanın nəticələri "2017-ci ilin noyabrında SARS ilə əlaqəli koronavirusun zəngin gen hovuzunun kəşfi: SARS koronavirusun mənşəyi haqqında yeni baxışlar təqdim edir" başlığı ilə yayınlanıb.

"Yunnandakı bir mağarada olan yarasalar tutulub və laboratoriya sınağı üçün istifadə ediləcək koranavirusa örnək olaraq seçilib. Bütün seçim prosesi Vuhan Virusologiya İnstitutunun heyvanlarla bağlı komitəsinin razılığı ilə baytarlar tərəfindən həyata keçirilib. Yarasa nümunələri üzərində sınaq 2011-ci ilin 11 apreli ilə 2015-ci ilin oktyabrı arasında Çinin Yunnan əyalətində “Kunminq” adlandırılan mağarada təbii mühitdə müxtəlif mövsümlərdə 10 dəfə keçirilib. Yarasalar tələyə salınıb və nəcislərindən örnəklər götürülüb",- deyə qəzet yazır. Nümunələr Vuhandakı Virusologiya İnstitutunun laboratoriyasına gərilib və iş burada davam etdirilib.



Xatırladaq ki, ötən həftə Vuhan xəstəxanalarından birinin həkimi Cao Binin çıxışından sonra virusun təbii halda heyvan bazarından yayılması barədə iddialar şübhə doğurub. Doktorun açıqlamasına görə, infeksiya diaqnozu qoyulan 41 xəstədən 13-nün Vuhandakı heyvan bazarıyla heç bir təması olmayıb: "Dəniz məhsulları bazarının virusun tək mənbəyi olmadığı açıq görünür".

Məlumat üçün bildirək ki, Vuhan Virusologiya İnstitutu Çinin ən məşhur və təchizatlı laboratoriyasına sahibdir. Laboratoriya sözügedən heyvan bazarından cəmi 16 km məsafədə yerləşir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.