TƏBİB: Son zamanlar yoluxmalar əsasən bu yerlərdə olur

21-06-2020, 10:55           
TƏBİB: Son zamanlar yoluxmalar əsasən bu yerlərdə olur
"Son həftələrdə baş verən yoluxmalar əsasən, ailə içində olur, yəni nənə-bala, və s. arasında yoluxma baş verir".

Teref.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, keçən həftə qısamüddətli qapanma olsa da, yoluxmanın çox olduğu narcıncı zonada yaşayan insanlar yoluxmanın az olduğu rayonlara getdilər: "Bizə çox deyilir ki, qapanmalar etdiniz, amma bir nəticə görmədiniz. Bu gün hər kəs başa düşməlidir ki, həmrəylik nümayiş etdirməlidir. Əgər bu gün mən COVİD-19-a yoluxmuş şəxsi görsəydim, deyərdim ki, onu izolyasiya edək.

Təəssüf ki, bu, mümkün deyil. Keçən həftə "qapanmaya gedək" dedik, amma onu gördük ki, yoluxmanın çox olduğu narıncı zonadakılar yoluxmanın az olduğu rayonlara getdilər. Oradan bizə müraciət etdilər ki, burada da vəziyyət pisləşəcək. Bunu bizə sadə vətəndaşlar deyirdilər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru