ABŞ-ın Pensilvaniya Universiteti və “BAV Group”un ortaq araşdırması hər il olduğu kimi “Dünya idarəetməsində əsas söz sahibi olan ölkələr hansıdır?” sualına cavab tapmağa çalışıb.
Redaktor.az xəbər verir ki, üç ölkədən 21 min insan arasında aparılan anket sorğusu Çin və ABŞ-ı lider göstərib, Avropa ölkələri arasında isə geriləmə müşahidə olunub.
Reytinq ölkələrin liderləri, iqtisadi çəkisi, siyasi nüfuzu, beynəlxalq ittifaqlar və ordunun gücü kimi meyarlara əsasən müəyyən edilib.
Ötən il siyahıda ilk onluğa daxil olan ölkələrin reytinqi dəyişməyib. ABŞ bu il də siyasi, iqtisadi və hərbi cəhətdən ən güclü ölkə olaraq birinci yerdə qərarlaşıb.
İlk onluğa daxil olan ölkələrin siyahısı isə belədir: