Paşinyanın nəzərdə tutduğu “ağrılı güzəştlər” hansılardır? - AÇIQLAMA
27-10-2020, 17:12
"Paşinyan Dağlıq Qarabağın müstəqilliyindən vaz keçir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın erməni xalqı və hökumətinin hətta ağrılı güzəştlərə hazır olduğununu deməsinə münasibət bildirərkən politoloq Məhəmməd Əsədullazadə deyib:
"Ermənistanın baş naziri artıq çıxılmaz vəziyyətdə olduğunu anlayır. Ona görə də ağrılı güzəştlərdən danışır. Ağrılı güzəştlər deyəndə yəqin ki, Dağlıq Qarabağ ermənilərinə mədəni muxtariyyətin verilməsini demək istəyir. Belə ki, mövcud vəziyyətdə heç bir başqa siyasi tələbin baş tutmayacağını bilir. Bilir ki, Azərbaycan tərəfinin daha da irəliləməsindən sonra heç mədəni muxtariyət verilməsindən də söhbət getməyəcək”.
Həmsöhbətimiz bildirdi ki, bu fikirləri açıqlamaqla Paşinyan sadəcə məsuliyyəti tək olaraq boynuna almaqdan qaçır: "Məsuliyyəti öz üzərindən ataraq xaqla bölüşmək istəyir, özünü sığortalayır. Yəni, həmin açıqlama onun göstəricisidir ki, Paşinyan Qarabağın müstəqilliyindən vaz keçir. Daha doğrusu, Azərbaycan Ordusunun şanlı qələbələri onu buna məcbur edib.
Kapitulyasiyaya isə ona görə yox deyir ki, bunun baş verməsi onun hakimiyyətinin sonu olacaq. Bu səbəbdən də ağrılı güzəştlərə "hə” deyir, amma kapitulyasiyaya "yox”.