Bank, yoxsa BOKT – Hansı sərfəlidir?

3-12-2020, 18:07           
Bank, yoxsa BOKT – Hansı sərfəlidir?
Daim müxtəlif kredit təklifləri ilə rastlaşırıq. İstər banklardan, istərsə də bank olmayan kredit təşkilatlarının (BOKT) reklamlarında müxtəlif şərtlər təklif olunur, bu şərtlər “sərfəli şərtlər” kimi qeyd olunur.

Sual yarana bilər ki, hansı daha sərfəli və etibarlıdır. Və bu qurumlar arasında fərq nədən ibarətdir?

Cebhe.info xəbər verir ki, banklar Mərkəzi Bankın təlimatlarına, normativ aktlara əsasən kreditlər verirlər.

Banklar öz vəsaitləri ilə bərabər həm də əhalinin əmanətləri hesabına kredit verdikləri üçün normativ tələbləri gözləmək məcburiyyətindədirlər.

Banklarda fərqli olaraq BOKT-lar əsasən istehlak kreditləri verirlər. Doğrudur, bu qurumlar da müəyyən normativ tələbləri gözləyirlər, amma bankların kreditləşməyə dair tələbləri daha sərtdir. Amma BOKT-larda yüksək məbləğli kreditlər olmadığı üçün risklərin daha aşağı olduğu bildirilir.

Hansının sərfəli olmasına gəldikdə, banklarda kredit faizləri BOKT-lara nisbətən xeyli aşağıdır. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən banklarda istehlak kreditlərinin illik faizləri təqribən 18-24 faiz arasında dəyişdiyi halda BOKT-ların illik kredit faizləri bundan ən azı 2 dəfə yüksəkdir. BOKT elanlarına baxdıqda, 49, 50, 51 faizli kredit təkliflərinə rast gəlmək mümkündür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.