Koronavirusla qripin fərqi nədir? - TƏBİB açıqladı

3-12-2020, 18:37           
Koronavirusla qripin fərqi nədir? - TƏBİB açıqladı
Koronavirus və qripin çox oxşar simptomları olsa da, ciddi fərqləri də mövcuddur.

Correct.az TƏBİB-ə istinadla xəbər verir ki, qrip və koronavirus arasındakı ilk əhəmiyyətli fərq odur ki, qripin simptomları daha sürətli yayılır. Covid-19-a gəldikdə, əvvəldə özünüzü sadəcə bir az narahat və zəif hiss edə bilərsiniz.

Covid-19-un simptomları

– yüksək hərarət və ya üşütmə

– öskürək

– nəfəs darlığı və ya nəfəs almaq çətinliyi

– yorğunluq və zəiflik

– əzələ və ya bədən ağrısı

– baş ağrısı

– qoxu və dad itkisi

– boğaz ağrısı

– burun tutqunluğu və ya axması

– mədə ağrısı, ishal

– ürək bulantısı

Qipin simptomları

– öskürək

– yüksək hərarət (olmaya da bilər)

– boğaz ağrısı

– burun tutqunluğu və ya axıntısı

– əzələ və ya bədən ağrısı

– baş ağrısı

– yorğunluq

Oxşarlığın çox olması səbəbindən xəstəliklərin müəyyən edilməsi çətinləşə bilər. Tövsiyə olunur ki, hər hansı yoluxma əlaməti hiss etdikdə özünüzü təcrid edin və mütəxəssislərə dərhal müraciət edin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru