Samir Şərifov yola salınır... - Onun yerinə sürpriz namizəd!

13-01-2021, 11:36           
 Samir Şərifov yola salınır... - Onun yerinə sürpriz namizəd!
Azərbaycanda daha bir yüksək rütbəli məmurun gedişi gözlənilir. Söhbət maliyyə naziri Samir Şərifovdan gedir. Xatırladaq ki, hələ ötən ilin sonlarında yerli KİV-də bu barədə məlumatlar yayılmışdı. Son xəbərlərdən isə aydın olur ki, artıq həmin vaxt yetişmək üzrədir. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, yaxın günlərdə maliyyə naziri Samir Şərifov vəzifəsindən alınacaq və oun yerinə gənc kadrlardan biri təyin olunacaq. Maraqlı olanı budur ki, Maliyyə Naziri postuna iddialı kimi sabiq müsavatçılardan birinin adı çəkilir.

Mənbə dia.az-a bildirir ki, hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru vəzifəsini tutan Vusal Qasımlının bu posta təyinatı gözlənilir.

"Hər halda, belə bir təyinatın verilməsi olduqca ilginc görünür" deyən mənbə bildirir ki, Vüsal Qasımlı hazırda ölkənin sayılıb-seçilən iqtisadçılarından biridir.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.