Ermənilərin Şuşada basdırdıqları raketlər, mərmilər və minalar aşkarlandı

16-01-2021, 03:05           
Ermənilərin Şuşada basdırdıqları raketlər, mərmilər və minalar aşkarlandı
2021-ci il 04-13 yanvar tarixlərində Azərbaycan Minatəmizləmə Agentliyinin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə düşmən işğalından azad olunmuş Şuşa şəhərində xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Agentlikdən “Report”a verilən məlumata görə, birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 ədəd raket, 16 ədəd minaatan mərmisi, 15 ədəd əl qumbarası, 1 ədəd zenit top mərmisi, 48 ədəd partladıcı, 2 ədəd 9N235 bombacığı, 1 ədəd ov tüfəngi,10 ədəd avtomat darağı, 7 584 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd süngü, 4 ədəd piyada əleyhinə mina (OZM-160), 400 qr partlayıcı (TNT), 1 ədəd boru şəkilli partlayıcı (100 m) və 4 ədəd 9M528 raketinin paraşut hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş hərbi təyinatlı əşyaların 200 000 kv.m (20 ha) əraziyə yoxlanılıb.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.