Bu müsəlman ölkəsində siğə -müvəqqəti nikah qadağan olundu...-İBRƏTAMİZ

21-01-2021, 08:49           
Bu müsəlman ölkəsində  siğə -müvəqqəti nikah qadağan olundu...-İBRƏTAMİZ
Misirdə müvəqqəti “ailə”lər qurulmasına qadağa qoyulub.

Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, bu qadağa

ölkənin əsas dini hüquqi orqanı olan Fətvalar İdarəsi tərəfindən təsbit edilib.

Belə bir fətva misirli vəkil Əhməd Məhranın tərtib etdiyi “müvəqqəti nikah müqaviləsi”nə sosial şəbəkələrdə ilahiyyatçıların sərt reaksiyasından sonra verilib.

Fətvada bildirilir ki, İslamda bu növ nikahlar doğru hesab edilə bilməz. Müvəqqəti kəbinin eyni zamanda Misir cəmiyyətinin də dəyərlərinə zidd olduğu göstərilib.

Xatırladaq ki, kişi və qadın arasında müvəqqəti nikah bir sıra müsəlman ölkələrində “siğə” və ya “mutə” adı altında tətbiq edilir. Halbuki, bir sıra İslam alimləri bu cür kəbinləri İslamda ailə institutunun təməllərinə zidd olması baxımından zinakarlığın bir növü kimi dəyərləndirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru