Rusiya qırıcıları Azərbaycanın yaxınlığında – İddia öz təsdiqini tapdı

21-01-2021, 23:48           
Rusiya qırıcıları Azərbaycanın yaxınlığında –
Kütləvi istehsalı dayandırılan ilk “Su-57” ötən il dekabrın 25-də təhvil verilmişdi. İlk məlumatda qırıcının Qara dənizdə yerləşdirildiyi iddia edilmişdi, lakin bu açıqlama təsdiqini tapmamışdı.

Teleqraf.com xəbər verir ki, ABŞ “F-35”-lərinin ən böyük rəqibi ilə bağlı bu gün yeni bir açıqlama verilib.

Rusiyanın Xabarovsk şəhər rəhbərliyi tərəfindən edilən açıqlamada şəhərdəki Komsomolsk Amur Təyyarə Zavodunda istehsal olunan ilk seriya “Su-57”-nin Rusiya ordusuna təhvil verildiyi təsdiqlənib.

Təyyarənin Qara dəniz və Xəzər dənizi sahillərində yerləşən Cənubi Hərbi Dairədəki bölməyə təhvil verildiyi, ilin sonuna qədər 5-ci nəsil 5 ədəd “Su-57” döyüş təyyarəsinin zavod tərəfindən Rusiya ordusuna təhvil veriləcəyi bildirilib.

Açıqlamada təyyarənin yerləşdiyi şəhərin adı açıqlanmayıb.

Rusiya Müdafiə naziri Sergey Şoyqu 22 ədəd “Su-57”-nin 2024-cü ilin sonunadək inventara daxil olmasını gözlədiklərini söyləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru