“İcazəsiz aksiyalarda çox sayda vətəndaş iştirak etməyib” – Peskov

25-01-2021, 10:23           
“İcazəsiz aksiyalarda çox sayda vətəndaş iştirak etməyib” – Peskov
23 yanvarda Rusiya şəhərlərində baş verən icazəsiz aksiyalarda çox sayda vətəndaş iştirak etməyib.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu cür qanunsuz tədbirlər vəziyyəti sarsıtmağa çalışanlar tərəfindən təşkil olunur. Lakin bunu edə bilmirlər, çünki aksiyalarda dövlət başçısı Vladimir Putinə səs verənlərdən qat-qat az sayda adam iştirak edir.

Kremlin sözçüsü bir çox rusların konstitusiya dəyişikliklərinin lehinə səs verdiklərinə diqqət çəkib. Eyni zamanda o, bütün fikirlərə hörmət etdiyini, lakin razılaşdırılmamış aksiyalarda iştirakın qətiliklə əleyhinə olduğunu qeyd edib.

Qeyd edək ki, 23 yanvar günortadan sonra Moskvada, Sankt-Peterburqda və Rusiyanın digər şəhərlərində həbs olunan müxalifət lideri Aleksey Navalnını dəstəkləmək məqsədilə mitinqlər keçirilib. Rusiya polisi aksiya iştirakçılarına qarşı zor tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru