“Mastercard” kriptovalyutada ödəniş qəbul edəcək - YENİLİK

11-02-2021, 11:44           
“Mastercard” kriptovalyutada ödəniş qəbul edəcək - YENİLİK
Amerikanın “Mastercard” maliyyə korporasiyası 2021-ci ildə şirkətə məxsus eyni adlı beynəlxalq ödəmə sistemi çərçivəsində bir neçə kriptovalyutada ödəniş qəbul etməyə başlayacaq.

Bu barədə “Mastercard”ın rəqəmsal aktivlər və blokçeyn texnologiyaları üzrə vitse-prezidenti Radj Damodarana məlumat verib.

“Bu gün “Mastercard”ın müəyyən kriptovalyutalarda əməliyyatları dəstəkləməyə başlayacağını elan edirik”, – deyə korporasiyanın saytında dərc edilmiş məlumatda deyilir.

Qeyd edildiyi kimi, şirkət kriptovalyuta seçiminə diqqətlə yanaşacaq. Damodaran şirkətin bu gün mövcud olan bütün kriptovalyutalarda əməliyyatları dəstəkləmək niyyətində olmadığını söyləsə də, söhbət konkret olaraq hansı kriptovalyutalardan getdiyini bildirməyib.

“Bundan əlavə, “Mastercard” dünyanın ən böyük mərkəzi bankları ilə əməkdaşlıq edir, çünki onlar da CBDC (Mərkəzi Bankın rəqəmsal valyutası) adını almış rəqəmsal valyutaların buraxılışını nəzərdən keçirirlər”, – mesajda deyilir.

“Mastercard”ın vitse-prezidenti keçən il korporasiyanın bu banklar üçün rəqəmsal valyutalarla əməliyyatlar aparmaq imkanlarını nəzərdən keçirmək üçün xüsusi platforma yaratdığını demişdir. // banker.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru