Uşaqların intim fotosunu əldə etmək üçün özünü balaca qız kimi təqdim etdi - VİDEO

12-02-2021, 06:50           
Uşaqların intim fotosunu əldə etmək üçün özünü balaca qız kimi təqdim etdi - VİDEO
Britaniyalı kişi uşaqların intim fotosunu əldə etmək üçün özünü balaca qız kimi təqdim edib.

Bu barədə BBC telekanalı xəbər yayıb.

Bildirilir ki, 36 yaşlı Devid Uilson saxta hesablar yaradıb, 14 yaşa qədər oğlanlarla tanış olub və çılpaq fotolarını istəyib.

O, minlərlə uşaqla yazışıb, onlardan 500-ü tələyə düşüb. Bundan sonra kişi onları şantaj edib və tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə şəkilləri yayacağı ilə hədələyib.

Qurbanlardan bir neçəsi buna görə hətta intihara cəhd edib.


Lakin “Facebook” onun səhifəsinin şübhəli aktivliyini gördükdən sonra kişi saxlanılıb.

Məhkəmə onu 52 uşağa qarşı 96 cinayətdə təqsirli bilərək, 25 il müddətinə azadlıqdan məhrum edib.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru