Terrorçu erməni faşisti Njdenin Azərbaycandakı heykəli sökülmədi?.. -FOTO

2-03-2021, 16:19           
Terrorçu erməni faşisti Njdenin Azərbaycandakı heykəli sökülmədi?.. -FOTO
Görünür, işğalçı, separatçı niyyətlərindən əl çəkməyən ermənilər bu abidənin də Azərbaycanın “dəmir yumruğu” ilə əzilməsini gözləyir…

“Njdenin heykəlinin bəzi hissələri heykəltəraş Armen Petrosyan tərəfindən işin sona çatdırılması məqsədilə hələ də örtülüdür”.

Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı erməni saytlarının yaydığı məlumata görə, bu sözləri Azərbaycan Respublikası Xocavənd şəhərinin qanunsuz “mer”i vəzifəsini icra edən Aznavur Sagyan rayonda nəşr olunan “rəsmi” “Amaras” qəzetinə müsahibəsində söyləyib. O, terrorçu erməni faşisti Njdenin abidəsinin gizlədilməsi və ya sökülməsi barədəki məlumatları təkzib edib.

“Gizlədilmək və ya sökülmək barədə söz gedə bilməz. Heç bir məhkəmədən və ya başqasından belə bir qərar və ya əmr yoxdur”- deyə separatçı erməni məmur bildirib.

Xatırladaq ki, yanvar ayının sonundan başlayaraq Azərbaycan tərəfininn tələbi ilə hərbi cinayətkar Njdenin Xocavənddəki abidəsinin söküləcəyi haqda müzakirələr gedir. Fevralın ortalarından isə artıq Rusiya sülhməramlılarının da işə qarışmasından sonra bu üzdəniraq abidənin sökülməsi haqda xəbərlər yayılıb. Lakin hər dəfə ermənilər foto və video-görüntülər yaymaqla bu faktı təkzib ediblər.

P.S. Görünür, işğalçı, separatçı niyyətlərindən əl çəkməyən ermənilər bu abidənin də Azərbaycanın “dəmir yumruğu” ilə əzilməsini gözləyir…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.