“Məktəbəqədər və ibtidai sinif şagirdlərinin məktəblə əlaqəsini kəsmək mümkün olmayacaq”

5-03-2021, 20:31           
“Məktəbəqədər və ibtidai sinif şagirdlərinin məktəblə əlaqəsini kəsmək mümkün olmayacaq”
“Artıq elə bir çətin dönəmdən keçirik ki, baş verən hadisələrə münasibət bildirib, proqnoz vermək çox çətin və müşkül məsələdir. Ölkə olaraq prosesin gedişində əminəm ki, biz təhsilimizə necə təsir göstərdik və təhsil bundan necə təsirləndi, mənfi hadisələrlə necə üzləşdi hər birimiz əyani formada gördük”.

Bunu Busaat.az-a açıqlamasında təhsil eksperti Elvin Bədirov deyib. Bildirib ki, təhsildə çıxış yolu olaraq ancaq qapanma metodunu seçə bilmərik: “Təbii ki, insanlarımızın sağlam yaşamına çox ciddi təsir göstərmədikcə, lazım olan bütün tədbirləri almalıyıq. Lakin sağlığımız nə qədər önəmlidirsə, aldığımız təhsil də bizim üçün o qədər önəmli və vacibdir. Bu iki amilin heç birindən fədakarlıq etmək mümkün deyil. Balanslı şəkildə sağlığımızın qayğısına qalmalı və eyni zamanda da təhsildən uzaq qalmamağa diqqət göstərməliyik”.

“Düşünürəm ki, bundan sonrakı dönəmdə aşağı yaş qurupu, yəni məktəbəqədərki və ibtidai sinif şagirdlərinin məktəblə əlaqəsini kəsmək mümkün olmayacaq. Yoluxmanın bu tempdə davam edəcəyi təqdirdə də, 5, 11-ci sinif şagirdləri onlayn , aşağı yaş qurupları isə iki gündən bir ənənəvi və qalan günlərdə onlayn şəkildə təhsilə davam etməsi lazımdır. Sərt karantin günlərindən sonrakı açılımda isə şagirdləri onlayn , aşağı yaş quruplarının isə iki gündən bir ənənəvi və qalan günlərdə onlayn şəkildə təhsilə davam etməsi lazımdır”-deyə, ekspert vurğulayıb.

Onun sözlərinə görə, sərt karantin günlərindən sonrakı açılım günlərində yoluxmanın sayının artacağını və bu kimi fəsadların ortaya çıxacağını onsuzda güman edirdik: “Çünki ictimai prosesin gedişində istənilən məkanda virusa yoluxma və onları övladlarımıza ötürmə ehtimalımız var. Ona görə də, bütün bunları gözə alaraq, şagirdlərin, xüsusiylə azyaşlıların təhsilə cəlb edilməsi və davamlılığını təmin etməyimiz lazımdır”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.