Həbs edilən məşhur pəhləvan qardaşlara cəza verildi... - Əxlaqsızlıq yuvası işlədirdilər

7-03-2021, 00:36           
Həbs edilən məşhur pəhləvan qardaşlara cəza verildi... -
Əxlaqsızlıq yuvası olması ilə məşhurlaşan "Pəhləvanlar" kafesini işlədən şəxslər hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonundakı kafedə əxlaqsızlıq yuvası saxlamaqda və narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Qabil Ramazanov, onun qardaşı Habil Ramazanov və Yalçın Əzimlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.

Hökmə əsasən Habil Ramazanov və Yalçın Əzimli 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qabil Ramazanov barəsində isə şərti cəza təyin edilib. Bildirək ki, Qabil Ramazanov məhkəmə istintaqı dövründə həbsdə idi. Onun səhhətində ciddi problem yarandığı, infarkt vurduğu üçün ev dustaqlığına buraxılmışdı.

İttihama görə, Qabil Ramazanov özünə məxsus "Pəhləvanlar" kafesində əxlaqsızlıq yuvası təşkil edib.

Məlumata görə, Qabil Ramazanov 18 otaqdan ibarət kafesində ayrı-ayrı şəxslərin yüngül həyat tərzi sürən qadınlarla cinsi əlaqədə olmasına şərait yaradıb. Bunun qarşılığında həmin qadınlara müştərilərdən aldığı pulun müəyyən hissəsini ödəyirmiş.

İttihamda yazılır ki, kafedə xüsusi hazırlanmış otaqlarda qadınlar kişi müştərilərə pul müqabilində intim xidmət göstəriblər. Kafeni işlədən Qabil Ramazanov, qardaşı Habil Ramazanov və Yalçın Əzimov həmin obyektdə əxlaqsızlıq yuvası təşkil etməklə qazanc əldə ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.