Ermənistan - İran qardaşlığının sirləri - Daşnaklar farslara istinadən tarixi necə saxtalaşdırır? - VİDEO

8-03-2021, 10:44           
Ermənistan - İran qardaşlığının sirləri - Daşnaklar farslara istinadən tarixi necə saxtalaşdırır? - VİDEO
Erməni falsifikasiyaları filmləşdirilib. "İran erməniləri - Tarix və müasir dövr" qısametrajlı kinosu onların saxtakar siyasətinin davamıdır.

Bizim.Media xəbər verir ki, erməni uydurmaları indi də "İran erməniləri - Tarix və müasir dövr" adı altında ekranlaşdırılıb.

Belə ki, XVIII əsrdə Qafqazda mövcudiyyətlərinin təsdiqi olmayan ermənilər guya Səfəvi imperatorumuz I Şah Abbasın hakimiyyəti illərində (1587-1629) bölgədən İrana sürgün edilib.

Erməni saxtakarlar iddia edir ki, bu vaxtacan onlar bizim İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Qazax, Şəmşədil və Bakı xanlıqlarımızın, hətta Tehran, İsfahan ərazisində yaşayıb.

Haşiyəyə çıxaraq qeyd edək ki, Azərbaycanda xanlıqlar Səfəvilərin süqutundan (1736) sonra (1747) yaranıb. Filmdə qeyd olunan I Şah Abbas isə 1629-cu ildə vəfat edib.

Guya Şah Abbas 250 min ermənini zor gücünə İranın dərinliyinə köçürüb. Erməni "müəlliflər" bunu belə qələmə verir:

"Şah Abbas erməniləri Şərqi Ermənistandan İranın mərkəzinə köçürtdü və onlar Qafqazda etnik azlığa çevrildilər"

Əlbbəttə onlar bir çox əcnəbi tarixçinin "XVIII əsrdə Qafqazda erməni yox idi" faktlarına nəsə cavab tapmalı idilər. Bu "film"lə daşnaklar bu tarixi müşahidəni Şah Abbasın etmədiyi sürgünlə əsaslandırmağa çalışıblar. Digər tərəfdən "Böyük Ermənistan"ları təxirə düşən, "Artsax" yalanları puç olmaqda olan daşnaklar indi də "Şərqi Ermənistan" uydurmasını sırımaq istəyirlər.

Daha dəqiq desək, Qərbi Azərbaycanımıza Şərqi Ermənistan deyirlər. Qərbi Ermənistan kimi isə Türkiyənin Anadolusunu görürlər.

Bundan başqa, filmdə farslara yaltaqlıq elementləri çoxdur. Yəqin monoetnik Ermənistan da özlərinə "qardaş ölkə" axtarışındadır. Belə ki, daşnaklar erməni və iranlıları sivilizasiyanın beşiyi adlandırır.

Azərbaycan ərazilərində dövlət qurub, alban əlifbamız (özümüz sahib çıxmadıq deyə) əsasında dünyanı müxtəlif uydurmalarına inandıran ermənilər o vaxt olmayan Ermənistanı İpək Yolunun mərkəzi kimi də təsvir edirlər.

Filmdə özlərinin olmayan keçmişini mədh edən ermənilər sanki Azərbaycan tarixini "copy paste" edərək Azərbaycanın yerinə "Ermənistan" əlavə ediblər.

Filmdə tək reallıq erməni-fars münasibətinə həsr olunan aforizmdir ki, o da "biz yaxın xalqlarıq, bizi ancaq din ayırıb"dır. Bununla ermənilər iranlılarla qohumluqlarını hətta Əhəmənilər (e.ə VI-IV əsr) dövrünə bağlayırlar.

Yaxşı ki, filmdə heç olmasa ermənilərin İran ərazisində yaşadığı etirafı var. Xatırladaq ki, 1921-ci ildə Rza xan (sonradan şah) britaniyalıların köməyi ilə Qacarları (türk sülaləsi) devirərək İran dövlətini qurub və bu tarixdə İran adda ilk ölkədir.

Onu da deyək ki, xanlıqlar dövründə və sonra cənubi Azərbaycanın əsas idarəçiləri olan Qacarlar türklərin Qovanlı tayfasındandır. Onlar həm də Səfəvi sülələsini Azərbaycanda hakimiyyətə gətirən 7 Qızılbaş-türk tayfasından biridir. Səfəvilərin də Azərbaycan dövləti olduğunu bilmişkən erməniləri farslara yaxınlaşdıran səbəbləri tapmaq çətin deyil.

Filmdə 1955-ci ildə İranda erməni məktəblərinin fəaliyyətinə icazə verildiyi də qeyd olunub.

Məlumat üçün deyək ki, 80 milyonluq İran əhalizinin yarısından çoxu azərbaycanlılardır. Di gəl ki, İranda Azərbaycan dilində məktəb yoxdur.

Qısametrajlı filmdə digər erməni yalanları da əks olunub.

Azərbaycanı və tarixini sevənlərdən erməni yalanlarının "YouTube" linkini şikayət etməyi rica edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.