Koronavirus pandemiyasının ana və uşaq ölümləri ilə əlaqəsi açıqlanıb

2-04-2021, 08:14           
Koronavirus pandemiyasının ana və uşaq ölümləri ilə əlaqəsi açıqlanıb
Koronavirus pandemiyası ana ölümü və ölü döllə doğuşlarda xeyli sayda artımlara səbəb olub.

Bu barədə “Lancet” jurnalında dərc olunan məqalədən məlum olur.

Alimlər pandemiyadan əvvəl və sonra yeni doğulmuş körpələrin sağlamlıq vəziyyəti ilə bağlı 40 araşdırmanın təhlilinə əsasən belə qənaətə gəliblər.

Bundan əlavə, analarda ektopik (uşaqlıqdan kənar) hamiləlik və depressiya hallarının sayında artım müşahidə edilib.

Elm adamları, xüsusilə orta və aşağı gəlirli ölkələrə dair məlumatları araşdırdıqdan sonra xəstəxanaya yerləşdirmə və həkimlərə planlaşdırılmamış ziyarətlərin sayının azaldığını, bunun fonunda ağırlaşmaların və ölümlərin sayının artdığını qeyd edirlər.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru