İNQİLABİ KƏŞF: Havadan insan DNT-si tapıldı, koronavirusun...

8-04-2021, 07:50           
İNQİLABİ KƏŞF:
İngiltərənin Kraliça Mariya (Queen Mary) Universitetinin alimləri ilk dəfə havadan DNT yığıblar.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, Ədliyyə tibbi, antropologiya və xalq sağlamlığı üzrə tədqiqatçılar bu kəşfin havadakı xəstəliklərin necə yayıldığını anlamağa yardım olacağını bildirir.

Elmi qrup havadan götürdükləri nümunələrdən heyvan növlərini təyin etmək üçün ekoloji DNT "e-DNA"dan istifadəetmə ehtimalını araşdırıb.

Alimlər köstəbək siçanın DNT nümunələrini toplamaq üçün peristaltik bir nasos və təzyiqli filtrlərdən istifadə ediblər. Daha sonra əldə edilən nümunələrə standart ardıcıllıq dəstləri tətbiq olunub. Araşdırma qrupu bu üsuldan istifadə edərək köstəbəkin DNT-sini uğurlu şəkildə təsbit edə bilib.

Hava nümunələrində insan DNT-si də tapılıb ki, bu üsulun ədli tibbi araşdırmalar üçün istifadə edilə biləcəyi söylənilir.

Alimlərin fikrincə görə, onlar bu yolla yeni tip koronavirus (Covid-19) kimi havadan yayılan virusların da necə yayıldığını öyrənə biləcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru