Kişilərə zərər verən ərzaqlar açıqlandı

16-04-2021, 07:41           
Kişilərə zərər verən ərzaqlar açıqlandı
Kişilər testosteron səviyyəsini aşağı salan içki və ərzaqlardan çəkinməlidir.

“Sputnik”in məlumatına görə, bu barədə rusiyalı həkim seksoloq Yevgeni Kulqavçuk xəbərdarlıq edib.

Onun sözlərinə görə, məhz bu hormon cinsi istəyə cavabdehdir.

Həkim qəhvəni çox içməməyi (ən çoxu üç fincan) tövsiyə edir, çünki bu böyrəküstü vəziyə zərərdir.

Spirtli içkilərin mütəmadi qəbulu da testosteron sintezini azaldır.

Bundan başqa, nanə istehlakı da məsləhət görülmür, çünki o təkcə sinir sistemini deyil, həmçinin seksual komponenti də sakitləşdirir.

Psixoterapevt qadın hormonlarının - fitoestrogenlərin analoqları olduğundan pivə içməməyə və soya tərkibli ərzaqları istehlak etməməyə çağırıb.

Bundan başqa, piylənmə yaradan qidalardan və axşam vaxtı ağır yeməklərdən uzaq durmaq tövsiyə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru