Koronavirusu beş dəqiqədə aşkar edən test üsulu tapıldı

21-04-2021, 09:30           
Koronavirusu beş dəqiqədə aşkar edən test üsulu tapıldı
Yaponiyalı tədqiqatçılar 5 dəqiqədə koronavirusu aşkar edə biləcək test üsulu hazırlayıblar.

Bakıvaxtı.az məlumat verir ki, yeni metodun müəllifləri ölkənin RIKEN Tədqiqat İnstitutu və Tokyo Universitetinin tədqiqatçılarıdır.

Belə ki, testin bir hissəsi olaraq götürülmüş nümunələr hər kvadrat santimetrə bir milyon girintisi olan şüşə lövhəyə qoyulur.

Mikroskopik formalaşdırma texnologiyası ilə yaradılan şüşə lövhənin çuxurları hər birində ayırıcıları olan mikro test otaqları kimi xidmət edir.

Üzərinə qoyulmuş nümunənin COVID-19-a aid ribonuklein turşu (RNT) daşıdığı təsbit edilərsə, həmin test otağından işıq yayılır.

Ənənəvi metodlardan fərqli olaraq, yeni metoddakı mikro kameralar vasitəsilə 5 dəqiqə ərzində az miqdarda virus aşkar edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru