İsti ayların gəlişi ilə maskalardan imtina etmək olarmı? - TƏBİB açıqladı

22-04-2021, 00:02           
İsti ayların gəlişi ilə maskalardan imtina etmək olarmı?
Son günlər cəmiyyətin müxtəlif təbəqələrində koronavirusla əlaqədar tibbi maskalardan istifadəyə dair müxtəlif fikirlər səsləndirilir. Bəzi insanlar açıq havada maska taxmağa ehtiyac duymasa da həkimlər və digər rəsmilər bunun əksini düşünür.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev Trend TV-yə bildirdi ki, maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir. Çünki tibbi maska virusdan qorunmaq üçün vacib vasitədir:

"Qarşıdan yay gəlir. Ötən il yay aylarında koronavirusa yoluxmanın necə pik həddə qalxması hamımızın yadındadır. Sərt karantin rejiminə keçid olmuşdu, hər yer qapanmışdı və insanların evdən çıxışı SMS icazə ilə mümkün idi. Əgər həmin günlərin yenidən təkrarlanmasını istəmiriksə, hələ bir müddət də dözüm və anlayış göstərməli, tibbi maskadan istifadə etməliyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru