Erməni faşizmi daha amansız və daha dəhşətlidir

21-04-2021, 20:49           
Erməni faşizmi daha amansız və daha dəhşətlidir
Erməni faşizmi – satanizmin irqçi təzahürü vandalizmin bəşəriyyətə bəlli olan tarixi, bizim eradan əvvəl 356-cı ildən, şöhrət qazanmaq üçün Efes şəhərindəki Artemida məbədini yandıran Herostratdan başlayır.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli vurğulayıb ki, ermənilərin Azərbaycan ərazilərində törətdikləri cinayətlərə bəşəriyyətin bizə bəlli olan tarixində rast gəlmək mümkün deyil: “Erməni faşizmi faşizmin bütün təzahürlərindən daha amansız və daha dəhşətlidir. Ermənizm vandalizmin ən amansız, ən qəddar nümunəsidir.

Ermənilərin irqi-dini təlimatlarının müəllifi, Ermənistanın paytaxtında “şərəfinə” 6 metr hündürlükdə abidə ucaldılan muzdlu, faşist Qaragin Njde Hitlerin gənclərə xitabən dediyi şüarlardan birinin sözlərinin yerini dəyişərək, erməni gəncliyinin tərbiyəsi üçün daha sərt, daha amansız faşizm modelini seçmişdi: “Gənclik, ürək və dəmir”. Njde, Mandalyan, Darbinyan və digər faşist ideoloqlarının ardıcılları olan erməni gəncləri öncə “irqçi vətənpərvərlər” adlandırılırdılar, sonra isə faşist cəlladları onlara “Seqakron” – “İrqçi inanclılar” adını verdilər... Məhz bu irqçi inanclılar Azərbaycan torpaqlarında Alban kilsələrini darmadağın etdilər, albanlara-azərbaycanlılara məxsus dini və mədəniyyət abidlərini erməniləşdirdilər. Çünki onların inancı Tanrıya deyil, qondarma, saxta, mifik tarixə söykənən ultrairqçi ideyalara idi...

Əslində, erməni faşizmi satanizmin kilsə daxilində gizlədilmiş və xristianlığın aşıladığı humanizm dəyərlərinə meydan oxuyan təzahürüdür. “İrqçi inanclılığın” təməlində bütün digər millətlərə qarşı nifrət aşılandığı üçün, bu qanlı ideologiya ən yaxşı halda satanizmlə müqayisə oluna bilər.

Qeyd edim ki, tarix boyu xristianlıq ermənilər üçün ultramillətçilik ideyalarının pərdələnməsi üçün vasitə olub və qondarma, mövcud olmayan tarix üzərində tərbiyə olunan radikal erməni millətçiləri heç zaman xristianlığın gerçək dəyərlərinin daşıyıcısı olmayıblar. Bunu xristianlığa qarşı ən kəskin və hətta düşmən mövqedə dayanan pavlikian təriqətinin məhz ermənilərlə bağlığı da sübuta yetirir. Tarixi faktlar sözügedən təriqətin üzvlərinin təkcə ermənilərin yaşadığı ərazilərdə xristianlığın təbliğ etdiyi dəyərlərə və humanizm prinsiplərinə qarşı savaş açmadıqlarını, xristiqanlıq əleyhinə çıxış edən bu erməni təriqətinin daha geniş əraziləri öz ağuşuna aldığını sübuta yetirir.

Pavlikianlıq da, satanizm də mahiyyət etibarilə Tanrıya asilik, inanclı insanlara nifrət üzərində qurulan cərəyanlardır və ermənilərin antixrist təfəkkürü, özünü vaxtilə işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri cinayətlərdə də büruzə verir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.