MSK yenidən formalaşdırılır - Namizədlərdən birinin adı məlumdur

21-04-2021, 21:15           
MSK yenidən formalaşdırılır -
Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin səlahiyyət müddəti bu ay bitdiyindən MSK yenidən formalaşdırılacaq.

Teref.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, sabah parlamentdə təmsil olunan partiyalardan biri - Ana Vətən Partiyası MSK-da təmsil olunacaq namizədinin adını açıqlayacaq.

Belə ki, partiyanın iclasında Etibar Quliyevin MSK üzvlüyünə namizədliyi irəli sürüləcək. Daha sonra Ana Vətən Partiyası namizədinin adını rəsmi şəkildə Milli Məclisə təqdim edəcək.

Qeyd edək ki, E.Quliyev bu aya qədər MSK üzvü olub.

Xatırladaq ki, MSK üzvləri ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.